top of page

Aytac Tapdığın həbs müddəti daha üç ay uzadıldı

  • IHR
  • Sep 24
  • 1 min read
Bakı Xətai Rayon Məhkəməsi sentyabrın 22-də Meydan TV jurnalisti Aytac Əhmədovanın barəsində həbs qətimkan tədbirinin müddətinin daha üç ay uzadılması ilə bağlı istintaq orqanının vəsatətini təmin edib.
Aytac Tapdığ

Bakı Xətai Rayon Məhkəməsi sentyabrın 22-də Meydan TV jurnalisti Aytac Əhmədovanın barəsində həbs qətimkan tədbirinin müddətinin daha üç ay uzadılması ilə bağlı istintaq orqanının vəsatətini təmin edib.


Məhkəmənin qərarına əsasən, jurnalist 2026-cı il yanvarın 6-dək həbsdə qalmalıdır.


Müdafiə tərəfi istintaqın jurnalistin təqsiri ilə bağlı etibarlı ilkin sübutlar təqdim etməməsini əsas gətirərək məhkəmənin qərarını əsassız sayıb və apellyasiya şikayəti vermək niyyətindədir.


Bundan əvvəl, sentyabrın 20-də məhkəmə bu işin daha 5 fiqurantı – Aynur Elgüneş, Xəyalə Ağayeva, Natiq Cavadlı, Aysel Umudova və Ramin Dekonun həbs müddətini üç ay uzatmışdı.


İş 2024-cü ilin dekabrında Meydan TV əməkdaşları Aynur Elgüneş, Aytac Tapdıq, Xəyalə Ağayeva, Aysel Umudova, Natiq Cavadlı, eləcə də frilans jurnalist Ramin Deko və media eksperti Ülvi Tahirov saxlanılaraq, sonra həbs edilərək əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən valyuta qaçaqmalçılığında ittiham olunduqda başlanıb.


Sonradan bu iş üzrə jurnalistlər Fatimə Mövlamlı, Nurlan Qəhrəmanlı, Şamşad Ağa, Ülviyyə Əli (Quliyeva) və Əhməd Muxtar da həbs edilib. İstintaq zamanı işin bütün fiqurantlarına qaçaqmalçılıqdan əlavə, Azərbaycan Cinayət Məcəlləsinin daha 7 maddəsi ilə ittiham irəli sürülüb. Onlar cinayət işini peşə fəaliyyətləri ilə əlaqələndiriblər.

 
 
 

Comments


bottom of page