top of page

Azərbayсanlı jurnalist, Gürcüstanda yaşayan və Azel TV saytının rəhbəri olan Əfqan Sadıqov yenidən yeddi gün müddətinə həbs edilib.

  • IHR
  • Nov 12
  • 2 min read
Əfqan Sadıqov (Azel TV rəhbəri) Gürcüstanda 'yolu bağlama' ittihamı ilə yenidən 7 günlük inzibati həbs edilib. Onun Azərbaycanla ekstradisiya mübarizəsi və mətbuat azadlığı təhlükə altındadır.
Əfqan Sadıqov (Azel TV rəhbəri)

Onun həyat yoldaşı Sevinc Sadıqova bu barədə özünün "Facebook" səhifəsində məlumat yayıb. Həbsin səbəbi onun dəfələrlə yolu bağlaması göstərilib.


Sadıqov əvvəllər də yolu 54 dəfə bağladığına görə 14 günlük həbs cəzası almış və ümumilikdə 270 000 Lari (təxminən 170 000 Manat) məbləğində cərimə edilmişdi. O, noyabrın 5-də azadlığa buraxılmışdı.


Azel TV-nin təsisçisi və baş redaktoru olan Sadıqov 2016-cı il noyabrın 22-də Azərbaycanda saxlanılmışdı. Ona xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma maddəsi ilə ittiham irəli sürülmüşdü. 2017-ci il yanvarın 12-də Cəlilabad rayon Məhkəməsi onu 2,5 il müddətinə azadlıqdan məhrum etmişdi. Həmin ilin noyabrında isə Ali Məhkəmə onun cəza müddətini 2,5 ildən 1,5 ilədək azaltmışdı. O, 2018-ci il mayın 23-də azadlığa çıxıb.


Daha sonra, 2020-ci il mayın 13-də Sadıqov yenidən saxlanılıb və Bakının Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib. Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu hədələmə yolu ilə pul tələb etməkdə təqsirli bilərək 7 il müddətinə azadlıqdan məhrum edib. 2021-ci il yanvarın 28-də Sumqayıt Apellyasiya Məhkəməsi hökmü qismən dəyişərək, 7 illik həbs cəzasını 6 ilə endirib. O, 2022-ci ildə əfv sərəncamı ilə azad olunub.


Sadıqov 2023-cü ildə Gürcüstana köçüb. 2024-cü ilin avqustunda Azərbaycanın istəyi əsasında ekstradisiya məqsədilə orada saxlanılıb. Azərbaycan hakimiyyəti onu hədə-qorxu ilə tələb etmə və əmlakı mənimsəmə, təhqiredici məlumat yaymaqla hədələməkdə ittiham edib. 2025-ci il fevralın 28-də Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) işə tam baxana qədər onun Azərbaycana təhvil verilməsini qadağan edən qərar çıxarıb.


2025-ci il aprelin 16-da, təxminən səkkiz aylıq həbsdən sonra, o, 5000 Lari (3000 Manat) girov müqabilində azadlığa buraxılıb.


AzelTV YouTube kanalının rəhbəri olan Sadıqov hazırda Gürcüstanda yenidən inzibati qaydada saxlanılıb.


Həyat yoldaşı bildirib ki, noyabrın 12-də Tiflisdə keçirilən məhkəmə iclasında ona qarşı qanunsuz olaraq yolu bağlama ittihamı irəli sürülüb. Məhkəmə onu yeddi gün müddətinə həbs etmək qərarı verib.


O, əvvəllər, oktyabrın 23-də də Tiflisdə eyni ittihamla saxlanılmış və 14 sutka həbs, həmçinin 270 000 Lari (təxminən 99 000 ABŞ dolları) məbləğində cərimə ilə cəzalandırılmışdı.


Sevinc Sadıqova "Abzas Media"ya bildirib ki, jurnalist 55 dəfə cərimələnsə də, polisdən heç bir xəbərdarlıq almayıb. O, cərimələr haqqında yalnız məhkəməyə çıxarılanda öyrənib.


Həyat yoldaşının sözlərinə görə, Sadıqov 14 günlük həbsdən çıxdıqdan sonra noyabrın 12-də eyni ittihama görə yenidən məhkəməyə gəlməsi tapşırılıb.


O əlavə edib ki, bu iş üzrə üç məhkəmə prosesi nəzərdə tutulub və noyabrın 12-də keçirilən iclas bunlardan ikincisidir.


"İttiham eyni olduğuna görə əslində bunlara bir yerdə baxmaq olardı. Bundan əvvəl 14 sutka vermişdilər, indi isə 7 sutka verdilər. Çıxandan sonra nə olacağını bilmirəm. Nə baş verəcəyi bəlli deyil. Onlar artıq bunu adət halına çeviriblər. Qərarları necə istəyirlərsə, elə də qəbul edirlər," o deyib.


Sadıqov ailəsi ilə birlikdə 2023-cü ilin dekabrında Gürcüstana köçüb. O, ötən ilin iyulunda Gürcüstandan Türkiyəyə buraxılmadığını açıqlamışdı. 2024-cü il avqustun 3-də isə Azərbaycan hüquq-mühafizə orqanlarının tələbi ilə Tiflisdə saxlanılıb.


Azərbaycan tərəfi onu pul tələb etməkdə ittiham edib və ekstradisiyasını tələb edib. Lakin Gürcüstan ona siyasi sığınacaq verməkdən imtina edib. 2024-cü il noyabrın 28-də Tiflis Şəhər Məhkəməsi onun Azərbaycana təhvil verilməsi barədə qərar çıxarsa da, bu qərar icra olunmayıb.


Sadıqov ittihamların siyasi motivli və uydurma olduğunu bildirib. O, 2025-ci il aprelin 16-da, təxminən səkkiz aylıq həbsdən sonra, 5000 Lari (təxminən 3000 Manat) girov müqabilində azadlığa buraxılıb.

 
 
 

Comments


bottom of page