Müxalifət fəalı qanunsuz silah saxlamaqda ittiham olunur
- IHR
- Dec 16, 2025
- 1 min read

Bakı Nərimanov Rayon Məhkəməsi, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli Rayon Təşkilatının fəalı Vüqar Qədirli barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib.
Partiyadan verilən məlumata görə, Qədirli qanunsuz olaraq odlu silah saxlamaqda ittiham olunur. “Lakin bu, yalan ittihamdır. Dekabrın 12-də Vüqar Qədirli İmişli rayonunda saxlanılıb, işlədiyi kafedə və evində axtarış aparılıb. Qohumlarının sözlərinə görə, evdə axtarış zamanı “tapılan” silahı Vüqar Qədirliyə mülki geyimli polislərin özləri qoyub. Daha sonra Vüqar Qədirli naməlum istiqamətdə aparılıb. İndi məlum olur ki, o, Bakıya gətirilib və ona qarşı yalan ittiham irəli sürülüb,” – AXCP nümayəndəsi bildirib.
Partiyada hesab edirlər ki, Qədirli siyasi motivlərlə təqib olunur.
.png)



Comments