top of page

N. İbrahimin SİZO-da aclıq aksiyası nəticəsində səhhəti pisləşib

  • IHR
  • 4 days ago
  • 1 min read
Nicat İbrahim
Nicat İbrahim

Azərbaycanda aktivist Nicat İbrahimin SİZO-da uzunmüddətli aclıq aksiyası nəticəsində səhhəti pisləşib.


Nicat İbrahim sosial şəbəkələrdə polisin ünvanına etdiyi tənqidi çıxışları ilə tanınır. 2024-cü il sentyabrın 6-da sərhədçilər onun Bakıdan Kişinyova uçmasına icazə verməyiblər. 4 gün sonra isə o, həbs edilib. Ona xuliqanlıq niyyəti ilə ümumi təhlükəli üsulla qəsdən sağlamlığa ağır zərər vurma və silah tətbiq etməklə xuliqanlıq maddələri ilə ittiham irəli sürülüb.


İyulun sonunda Bakıdakı məhkəmə aktivist İbrahimi 6,5 il müddətinə azadlıqdan məhrum edib. O, özünü təqsirli bilməyib. Oktyabrın 6-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb. Məhkəmədə İbrahim əsassız cinayət təqibinə etiraz olaraq artıq 21 gündür aclıq aksiyası keçirdiyini bildirib.


N. İbrahim əsassız cinayət təqibinə və ədalətsiz hökmə etiraz əlaməti olaraq 28-ci sutkadır aclıq aksiyasını davam etdirir, həyat yoldaşı Pərvin İbrahim oktyabrın 13-də əri ilə telefon danışığından sonra bildirib.


Həyat yoldaşı əlavə edib ki, telefon danışığı zamanı aktivistin səsi çox zəif gəlib, danışmağa gücü olmayıb.


Qeyd edək ki, N. İbrahim həbs olunduqdan sonra yalan ittihamla həbs edilməsi səbəbindən bir neçə dəfə intihara cəhd edib.

Daxili İşlər Nazirliyi (DİN) N. İbrahimin həbsi ilə bağlı şərh verməyib.


Aktivist hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.

 
 
 

Comments


bottom of page