Ramiz Mehdiyevin Köməkçisi Bakıda Həbs Edildi
- IHR
- 1 day ago
- 1 min read

Azərbaycan Milli Elmlər Akademiyasının keçmiş katibliyinin rəhbəri və Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov Bakıda həbs edilib.
Yerli media orqanlarının məlumatına görə, Əmirov Azərbaycan Prezident Administrasiyasının keçmiş rəhbəri və Elmlər Akademiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin işi ilə əlaqədar həbs olunub.
Səbail Rayon Məhkəməsinin qərarı ilə Əmirov barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Eldar Əmirov, Ramiz Mehdiyevin rəhbərlik etdiyi dövrdə Prezident Administrasiyasında işləmiş, son illərdə isə onun köməkçisi olmuşdur.
Oktyabrın 14-də Bakı Səbail Rayon Məhkəməsi Ramiz Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin açdığı cinayət işi ilə əlaqədar ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (Dövlət hakimiyyətini ələ keçirməyə yönələn hərəkətlər), 274 (Dövlətə xəyanət) və 193-1.3.2 (Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması) maddələri ilə ittiham olunur.
Azərbaycandakı iqtidaryönlü media orqanlarının məlumatına görə, Mehdiyev xarici qüvvələrin köməyi ilə dövlət çevrilişi hazırlayırdı və bu barədə məlumatı Rusiya Federasiyasının rəhbəri Vladimir Putin Düşənbədə keçirilən görüşdə Prezident Əliyevə çatdırıb.
Ramiz Mehdiyevin işi və Əmirovun həbsi ilə bağlı rəsmi açıqlamalar verilməyib.
.png)



Comments