Saleh Rüstamovun Azərbaycandan çıxışına icazə verilmədi
- IHR
- Nov 19
- 1 min read

Keçmiş Azərbaycan siyasi məhbusu Saleh Rüstamovun yaxınları bildiriblər ki, o, noyabrın 18-də Azərbaycandan çıxa bilməyib.
Rusiya Federasiyası vətəndaşı və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçmiş üzvü Saleh Rüstamov dünyasını dəyişmiş bacısı qızının anım mərasimində iştirak etmək üçün Azərbaycana qısamüddətli səfər edib.
Noyabrın 18-də geri qayıdarkən Bakı Hava Limanında onun təyyarəyə buraxılmadığı və Rüstamov üçün ölkədən çıxış qadağasının tətbiq edildiyi bildirilib. Bu zaman qadağanın səbəbləri ona izah edilməyib.
Saleh Rüstamov 1990-cı illərin sonlarından Rusiya Federasiyasında yaşayırdı.
Azərbaycana səfərlərindən birində o, həbs edilib.
2021-ci il fevralın 27-də o, yeddi il üç ay müddətinə azadlıqdan məhrum edilib. İstintaqın versiyasına görə, o, Rusiyada bizneslə məşğul olan Azərbaycan vətəndaşlarından AXCP-yə dəstək üçün hər ay vəsait toplayıb. Sonradan Azərbaycan Ali Məhkəməsi cəza müddətini iki ay azaldıb. 2022-ci ilin may ayında Rüstamov Azərbaycan Prezidenti tərəfindən əfv edilib və vaxtından əvvəl həbsdən azad olunub.
.png)



Comments