top of page

Tofiq Yaqublu Dünya Azadlıq Konqresinin "Cəsarət" Mükafatına layiq görüldü

  • IHR
  • Nov 10
  • 1 min read
Tofiq Yaqublu Dünya Azadlıq Konqresinin "Cəsarət" Mükafatına layiq görüldü

Hazırda Azərbaycanda həbs cəzası çəkən müxalifətçi siyasətçi Tofiq Yaqublu, totalitar və diktator rejimlərə sahib 60 ölkədən olan müxalifətçiləri, jurnalistləri – demokratiya uğrunda mübarizləri birləşdirən Dünya Azadlıq Konqresinin (DAK) "Cəsarət" Mükafatına layiq görülüb.


Mükafatlandırma mərasimi bazar günü, 8-9 noyabr tarixlərində Berlin Şəhər Parlamentinin binasında keçirilən DAK-ın Baş Assambleyası çərçivəsində baş tutub.


Yaqublu mükafata cəsarətinə və demokratiya uğrunda mübarizəyə verdiyi töhfəyə görə layiq görülüb.


Yaqublunun mükafatı mərasimdə onu təmsil edən sürgündəki azərbaycanlı hüquq müdafiəçiləri, Leyla və Arif Yunus cütlüyünə təqdim edilib.


Azərbaycanın vətəndaş cəmiyyətini təmsil edən jurnalist Mehman Hüseynov və hüquq müdafiəçisi Arif Yunus DAK-ın Liderlər Şurasının üzvü seçiliblər.


Milli Demokratik Qüvvələr Şurasının (MDQŞ) Koordinasiya Mərkəzinin və "Müsavat" Partiyasının üzvü Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs edilib. Martın 10-da məhkəmə onu dələduzluq və sənəd saxtalaşdırma işi üzrə 9 il müddətinə azadlıqdan məhrum edib. Yaqublu ittihamları rədd edib və təqibinin siyasi motivli olduğunu bildirib.


Hüquq müdafiəçiləri Yaqublunu siyasi məhbus kimi tanıyıblar.


Bundan əvvəl o, dəfələrlə cinayət və inzibati işlər üzrə həbslərə məruz qalıb.

 
 
 

Comments


bottom of page