top of page

Əli Kərimli və Məmməd İbrahim 2,5 aylıq həbs edilib

  • IHR
  • 1 day ago
  • 1 min read
Azərbaycan müxalifət liderləri Əli Kərimli və Məmməd İbrahim zorla hakimiyyəti ələ keçirmə ittihamı ilə 2,5 aylıq həbs edilib (1 Dekabr). AXCP ittihamları uydurma və siyasi motivli sayır.
Əli Kərimli

Dekabrın 1-də Səbail Rayon Məhkəməsi, istintaq orqanının – Dövlət Təhlükəsizlik Xidmətinin Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində 2,5 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatını təmin edib.


Məhkəmənin qərarına əsasən, Kərimli Azərbaycan Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirmə və ya zorla dövlət quruluşunu dəyişdirməyə yönəlmiş hərəkətlər) maddəsi ilə ittiham olunaraq 2026-cı il fevralın 13-dək həbsə göndərilib.


AXCP nümayəndəsi bildirib: "İttihamlar uydurmadır, siyasi motivlidir, məhkəmə qərarından apellyasiya şikayəti veriləcək".


Kərimlinin müşaviri Məmməd İbrahim də eyni ittihamla 2,5 ay müddətinə həbs edilib.


AXCP nümayəndəsi qeyd edib ki, Kərimlinin işi ilə bağlı Səbail Rayon Məhkəməsinin ətrafına gücləndirilmiş polis dəstələri cəmləşdirilmişdi.

Partiya Kərimli və İbrahimlinin həbsinin siyasi motivli olduğunu bəyan edib.


Hər iki müxalifətçi, noyabrın 29-da mənzillərində axtarışlar aparıldıqdan sonra saxlanılıb.

 
 
 

Comments


bottom of page