Akif Qurbanovla müsahibə
- IHR
- Jan 3
- 2 min read

Meydan TV işi ilə bağlı həbsdə olan jurnalist Ülviyyə Əli (Quliyeva), Toplum TV işi üzrə həbs olunan III Respublika Platformasının spikeri Akif Qurbanovdan müsahibə alıb. Qurbanov hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Müsahibəni AbzasMedia dərc edib.
Ülviyyə Əli: Artıq 1 il 9 aydır ki, həbsdəsiniz. Bu müddət ərzində siyasi məhbuslara beynəlxalq dəstək sizi qane edirmi? Sizcə çatışmazlıqlar nələrdir?
Akif Qurbanov: Artıq 21 aydan çoxdur ki, həbsdəyik. Bu müddətdə həm ölkə daxilində, həm də xaricdə siyasi məhbuslarla bağlı müxtəlif aksiyalar, kampaniyalar keçirilib. İlk növbədə fəal iştirak edən hər kəsə minnətdarlığımı çatdırıram. Düzdür, cəmiyyətdə geniş fikir budur ki, beynəlxalq dəstək yetərli deyil. Qərb institutları insan haqlarını çox vaxt maraqlara qurban verirlər. Dəyərlər təhlükəsizliklə toqquşanda, adətən təhlükəsizlik önə keçir. Amma bu, bizi pessimizmə sürükləməməlidir. Daha faydalı nəticələr üçün:
Kampaniyalar sistemə və fundamental dəyərlərə fokuslanmalıdır.
Advokasiya qrupları fəaliyyətlərini daha yaxşı əlaqələndirməlidirlər.
Açıqlıq çox vacibdir, "səssiz diplomatiya" bizim üçün əsas deyil.
İctimai rəyi hakimiyyətin nəzarətindən çıxarmağa çalışmalıyıq.
Ülviyyə Əli: Azərbaycanda siyasi məhbus problemi illərdir həll olunmur. Hansı beynəlxalq mexanizmlər rol oynaya bilər?
Akif Qurbanov: Mexanizmlər (BMT, ATƏT, Avropa Şurası) var, amma Azərbaycan hakimiyyəti öz imzasına hörmət etmir, AİHM qərarlarını icra etmir. Mexanizmlərin işlək olması üçün həm üzv dövlət öhdəliyini yerinə yetirməli, həm də təsisçi dövlətlər insan haqlarını "qırmızı xətt" kimi qoymalıdır.
Ülviyyə Əli: Əvvəllər cəzalar 3-7 il idi, indi 10-18 il arasıdır. Səbəb qorxu yaratmaqdır, yoxsa beynəlxalq gücün olmaması?
Akif Qurbanov: Rejim zorakılığa söykənir. Neft-qaz bumu bitib, gəlirlər azalır. Rejim xofu saxlamaq üçün cəzaları sərtləşdirir. Amma qorxu mühiti uzunmüddətli sabitlik yaratmır. Biz azad və ədalətli demokratik respublika quracağıq.
Ülviyyə Əli: Vətəndaş cəmiyyətinin gələcəyini necə görürsünüz?
Akif Qurbanov: Demokratik Təşəbbüslər İnstitutu (DTİ) olaraq 600-dən çox gəncin yetişməsinə töhfə verdik. Hakimiyyət nə qədər susdurmağa çalışsa da, yaranmış demokratik düşüncə silinmir. Hər dalğa yeni nəsil ortaya çıxarır.
.png)



Comments