"Amnesty International": Azərbaycanda repressiyalar dərinləşir
- IHR
- 1 day ago
- 1 min read

Beynəlxalq insan hüquqları təşkilatı "Amnesty International" aprelin 21-də illik hesabatını yayımlaraq Azərbaycandakı insan hüquqları vəziyyətini kəskin tənqid edib. Hesabatda deyilir ki, Azərbaycan hakimiyyəti hər növ narazılığı amansızlıqla yatırır, yüzlərlə insan əsassız və siyasi motivli ittihamlarla həbsdə saxlanılır.
Təşkilat ölkədə dinc etirazların yatırıldığını, işgəncə və pis rəftarın geniş yayıldığını, bu cinayətləri törədənlərin isə cəzasızlıq mühitindən yararlandığını vurğulayır. Hesabata görə, qadınlar və LGBTI+ fərdləri həm dövlət qısnaması, həm də gender əsaslı zorakılıqla üz-üzə qalır.
Sənəddə həmçinin 2022-ci ilin "Media haqqında" qanununa edilən dəyişikliyin hakimiyyətə müstəqil saytları bloklamaq üçün imkan verdiyini qeyd edilir. BBC Azərbaycan xidmətinin və Turan İnformasiya Agentliyinin fəaliyyətinin dayandırıldığı da vurğulanır. Hazırda 30-a yaxın media işçisi həbsdədir. Azərbaycan rəsmiləri bu hesabatları adətən rədd edir.
Hesabatda qeyd olunur ki, Azərbaycanda insan hüquqlarının getdikcə pisləşən vəziyyətinə baxmayaraq, ölkə ABŞ və Avropa İttifaqı ilə strateji əlaqələrini genişləndirməyə nail olub — bu da beynəlxalq ictimaiyyətin ikili standartlarına diqqəti çəkir.
.png)



Comments