top of page

Anar Məmmədli özünə qarşı məhkəmə prosesini «siyasi tamaşa» adlandırıb

  • IHR
  • Sep 24
  • 2 min read
Anar Məmmədlinin məhkəmə prosesi haqqında məlumat əldə edin. Azərbaycanlı hüquq müdafiəçisi cinayət işini “siyasi tamaşa” adlandırır və qaçaqmalçılıq ittihamlarını rədd edir. Həbsinin təfərrüatları və məhkəmədəki çıxışları haqqında oxuyun.
Anar Məmmədli

Azərbaycanlı hüquq müdafiəçisi Anar Məmmədli ona qarşı irəli sürülən ittihamları rədd edib və ona qarşı açılan cinayət işini «rejim tərəfindən səhnələşdirilən siyasi tamaşa» adlandırıb.


Seçkilərin Monitorinqi və Demokratiyanın Öyrədilməsi Mərkəzinin (SMDÖM) rəhbəri Anar Məmmədli 2024-cü il aprelin 29-da Bakıda saxlanılıb və “Abzas Media” nəşrinin əməkdaşlarının işi çərçivəsində qaçaqmalçılıqda ittiham olunaraq həbs edilib. Daha sonra Məmmədlinin işi ayrıca icraata ayrılıb. Aprelin 8-də sərbəst jurnalist Anar Abdulla (Abdullayev) Bakı polisinə çağırılıb, burada ona Anar Məmmədlinin işi üzrə ittihamlar irəli sürülüb. Qaçaqmalçılıqdan başqa, onlar Cinayət Məcəlləsinin daha 7 maddəsi ilə ittiham olunublar.


Abdulla əvvəlcə polis nəzarətinə verilsə də, avqust ayında məhkəmə onu həbsə göndərib.


Hər iki təqsirləndirilən şəxs hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.


Sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində bu iş üzrə proses davam etdirilib.


Hüquq müdafiəçisi Məmmədli öz müdafiə çıxışında ona qarşı irəli sürülən ittihamları «əsassız və siyasi motivli», məhkəmə prosesini isə «rejim tərəfindən səhnələşdirilən siyasi tamaşa» adlandırıb.


Məmmədli 2013-cü ildə saxta ittihamlarla həbs edildiyini və məhkum olunduğunu, onların siyasi motivli olmasının 2018-ci ildə AİHM-nin qərarı ilə təsdiqləndiyini xatırladıb.


Məmmədlinin sözlərinə görə, indiki ittihamlar mahiyyət etibarilə əvvəlkilərdən fərqlənmir.


O, AİHM-nin qərarından sonra Azərbaycan Ali Məhkəməsi onu tamamilə bəraət qazandırmağa borclu olduğu üçün işdə «əvvəllər məhkum olunmuş şəxs» kimi təqdim edilməsi ilə razılaşmadığını bildirib.


Məmmədli aprelin 8-də ona yekun ittiham elan edildiyini və mahiyyətinin üç cümlədə ifadə edildiyini bildirib. Onlardan birincisi 224, ikincisi 554, üçüncüsü isə 12 səhifədə 6370 sözdən ibarət olub.


Fəalın fikrincə, bu dolaşıq, anlaşılmaz və son dərəcə uzun cümlələr hüquqi sənədə deyil, daha çox qədim bir salnaməyə bənzəyir.


Məmmədli həmçinin rəhbərlik etdiyi SMDÖM üçün dövlət qeydiyyatı almağa çalışdığını və hətta AİHM-də işi qazandığını, lakin Azərbaycan hökumətinin bu qərarı da icra etmədiyini bildirib.


«Biz qanunsuz fəaliyyətlə məşğul olmamışıq. Biz QHT kimi fəaliyyət göstərmişik və bunda qanunsuz heç nə yoxdur», - deyə Məmmədli bildirib.


Öz növbəsində, digər təqsirləndirilən Anar Abdullanın vəkili Günay İsmayılova onun himayəsində xəstə anası və azyaşlı uşağı olduğunu nəzərə alaraq, müdafiə etdiyi şəxs barəsində seçilən həbs qətimkan tədbirinin polis nəzarətinə verilməsi ilə əvəz edilməsini xahiş edib.


Lakin məhkəmə vəsatəti təmin etməyib.


Məhkəmənin növbəti iclası sentyabrın 29-na təyin edilib.

 
 
 

Comments


bottom of page