top of page

AXCP-nin Daha Bir Fəalı Həbs Olundu

  • IHR
  • Dec 13, 2025
  • 1 min read
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli Rayon Təşkilatının üzvü Vüqar Qədirli dekabrın 12-də səhər saatlarında saxlanılıb.
Vüqar Qədirli

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) İmişli Rayon Təşkilatının üzvü Vüqar Qədirli dekabrın 12-də səhər saatlarında saxlanılıb.


“AXCP İmişli Rayon Təşkilatının fəalı, Qarabağ müharibəsi veteranı, II qrup əlil Vüqar Qədirli bu gün səhər saatlarında rayonda saxlanılıb. Əvvəlcə mülki geyimli şəxslər onun işlədiyi kafedə axtarış aparıb, daha sonra isə evini yoxlayıblar. Bundan sonra Vüqar Qədirli naməlum istiqamətə aparılıb,” – deyə AXCP mətbuat xidmətinin rəhbəri Natiq Adilov bildirib.


“AXCP repressiyaların əsas hədəfi olaraq qalır. Partiyanın sədri Əli Kərimli də daxil olmaqla, 18 üzvü hazırda istintaq altındadır və ya artıq uydurma ittihamlarla məhkum edilib,” – Adilov əlavə edib.

 
 
 

Comments


bottom of page