Azərbaycan vətəndaşı Rusiyada terror aktları planlaşdırmaqda ittiham olunaraq həbs edilib
- IHR
- Sep 8
- 1 min read

Stavropolda Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Rusiyada terror aktları planlaşdıran Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə RBC Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb. O, Yessentuki və Stavropolda terror aktları hazırlayırdı.
O, 2025-ci ildə işləmək üçün Stavropola gəlib. Məlumatda bildirilir ki, həmin şəxs əvvəllər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrində xidmət edib.
İyun ayının sonundan bəri Rusiya Federasiyasında Azərbaycan vətəndaşlarının və ya azərbaycanlı mənşəli rusiyalıların müxtəlif ittihamlarla həbsləri demək olar ki, hər gün baş verir.
Bu, 2024-cü ilin dekabrında Qroznı üzərində vurulan "Azərbaycan Hava Yolları" təyyarəsinin qəzasından sonra ikitərəfli münasibətlərin pisləşməsi fonunda baş verir.
Moskva vurulan təyyarəyə görə məsuliyyəti öz üzərinə götürmək, üzr istəmək, günahkarları cəzalandırmaq, aviaşirkətə, zərərçəkənlərə və qurbanların qohumlarına təzminat ödəmək tələblərinə məhəl qoymur.Stavropolda Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Rusiyada terror aktları planlaşdıran Azərbaycan vətəndaşı saxlanılıb. Bu barədə RBC Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FSB) İctimaiyyətlə Əlaqələr Mərkəzinə istinadən məlumat yayıb. O, Yessentuki və Stavropolda terror aktları hazırlayırdı.
O, 2025-ci ildə işləmək üçün Stavropola gəlib. Məlumatda bildirilir ki, həmin şəxs əvvəllər Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlı bölmələrində xidmət edib.
İyun ayının sonundan bəri Rusiya Federasiyasında Azərbaycan vətəndaşlarının və ya azərbaycanlı mənşəli rusiyalıların müxtəlif ittihamlarla həbsləri demək olar ki, hər gün baş verir.
Bu, 2024-cü ilin dekabrında Qroznı üzərində vurulan "Azərbaycan Hava Yolları" təyyarəsinin qəzasından sonra ikitərəfli münasibətlərin pisləşməsi fonunda baş verir.
Moskva vurulan təyyarəyə görə məsuliyyəti öz üzərinə götürmək, üzr istəmək, günahkarları cəzalandırmaq, aviaşirkətə, zərərçəkənlərə və qurbanların qohumlarına təzminat ödəmək tələblərinə məhəl qoymur.
Comments