top of page

Belarus və Polşa arasında məhbus mübadiləsi: Jurnalist Andjey Poçobut azad edilib

  • IHR
  • 2 days ago
  • 1 min read
Andjey Poçobut
Andjey Poçobut

Belarus və Polşa sərhədində məhbus mübadiləsi baş tutub. Mübadilə "5-in 5-ə" qaydası ilə həyata keçirilib. Belarusun "BelTA" dövlət xəbər agentliyi jurnalist Andjey Poçobutun Polşaya təhvil verildiyini bildirib. O, 2021-ci ildən bəri Belarus həbsxanasında idi.


Polşanın Baş naziri Donald Tusk Andjey Poçobutu sərhəddə qarşılayıb.


Polşanın Xarici İşlər naziri Radoslav Sikorski Andjey Poçobutun azad edilməsini Polşa və ABŞ üçün əhəmiyyətli bir sövdələşmə adlandırıb.


Amerika Birləşmiş Ştatları bu məhbus mübadiləsinə köməklik göstərib. Keçmiş ABŞ Prezidenti Donald Tramp ilə Belarus məsələləri üzrə işləmiş Con Koulun rəhbərlik etdiyi komanda Moldovadan iki nəfərin və Andjey Poçobut da daxil olmaqla üç polşalının azad edilməsinə nail olub. Con Koul göstərdikləri köməyə görə mediada Polşa, Moldova və Rumıniyaya təşəkkürünü bildirib.


Andjey Poçobut əslən polşalıdır. O, Belarusun rəsmən tanımadığı Polşalılar İttifaqının üzvüdür. O, 2021-ci ilin martında həbs olunub. 2023-cü ildə etnik nifrəti qızışdırmaq və Belarusun milli təhlükəsizliyini təhdid etmək ittihamı ilə 8 il müddətinə azadlıqdan məhrum edilib. Polşa bu ittihamların ədalətsiz olduğunu və onu susdurmaq məqsədi daşıdığını bəyan edib.


2025-ci ilin oktyabrında Andjey Poçobut və gürcüstanlı Mzia Amaqlobeli Avropa Parlamenti tərəfindən "Düşüncə Azadlığına görə Andrey Saxarov" mükafatına layiq görülüblər.



 
 
 

Comments


bottom of page