Daha 30 ukraynalı uşaq reabilitasiya üçün Azərbaycana gətirilib
- IHR
- Aug 21
- 1 min read

Ukraynada müharibədən zərər çəkmiş 30 uşaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Tibbi-Sosial Ekspertiza və Reabilitasiya üzrə Dövlət Agentliyinin xətti ilə 10 günlük reabilitasiya proqramı keçmək üçün Azərbaycana gətirilib.
Əvvəlki 8 qrupla yanaşı, 300-ə yaxın ukraynalı uşaq Azərbaycana gətirilib, onlara sosial-psixoloji reabilitasiya xidməti göstərilib.
Comments