Qalib Bayramovun Məhkəməsi Başladı
- IHR
- Oct 9
- 1 min read

Oktyabrın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qalib Bayramovun işi üzrə hazırlıq iclası keçirilib.
O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1.2.2, 193-1.2.3 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş külli miqdarda gəlirlərin leqallaşdırılması, eyni əməllər vəzifə səlahiyyətlərindən istifadə edilməklə və təkrar törədildikdə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur ki, bu da 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
Yerli və xarici QHT-lərə qarşı açılan sözdə iş üzrə cinayət məsuliyyətinə cəlb olunan Bayramov hazırda polis nəzarəti altındadır. O, ittihamları rədd edir.
Məhkəmənin hazırlıq iclasında fəalın vəkili Zibeydə Sadıqova cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb.
Vəkilin sözlərinə görə, Bayramov cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasında ittiham olunsa da, işdə onun təqsirinin heç bir etibarlı sübutu yoxdur.
"Qalib Bayramov iqtisadçıdır, ekspert kimi fəaliyyət göstərib. Bayramov xidmət müqavilələri əsasında tədqiqat hesabatları hazırlayıb. Hansı 'çirkli pulların yuyulmasından' danışmaq olar?" deyə vəkil bildirib.
O qeyd edib ki, məhkəmə vəsatəti bu mərhələdə baxılmamış qoyaraq, işin mahiyyəti üzrə baxılmasını oktyabrın 22-nə təyin edib.
2025-ci ilin martında Azərbaycan Respublikası Baş Prokurorluğu hələ 2014-cü ildə açılmış yerli və xarici QHT-lərə qarşı cinayət işini bərpa edib.
Təxminən 100 nəfər istintaqa cəlb olunub, onlardan 10 nəfərinə isə cinayət ittihamı irəli sürülüb.
Comments