top of page

Həbs edilmiş jurnalist xəstəxanaya yerləşdirilib

  • IHR
  • Sep 18
  • 1 min read
Azərbaycanda həbs olunmuş jurnalist "Meydan TV işi"ndə. Mətbuat azadlığı və insan hüquqları ilə bağlı son xəbərlər.
Şamşad Ağa (Ağayev)

Azərbaycanda "Meydan TV işi" üzrə həbs edilmiş, argument.az saytının rəhbəri Şamşad Ağa (Ağayev) mədə-bağırsaq traktında yaranan problemlər səbəbindən Penitensiar Xidmətin tibb müəssisəsinə yerləşdirilib.


Jurnalistin yaxınlarının bildirdiyinə görə, onda mədə xorası xəstəliyi kəskinləşib.


Şamşad Ağa fevralın 5-də "Meydan TV işi" üzrə həbs edilib.


Ona Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) ilə ittiham irəli sürülüb.


Hazırda bu iş üzrə 12 nəfər həbsdədir.


Avqustun 28-də "Meydan TV işi"ndə ittiham olunanlara qarşı daha yeddi maddə ilə ittiham irəli sürülüb.


Həbs edilənlər özlərini təqsirli bilmir və jurnalist fəaliyyətlərinə görə cəzalandırıldığını bildirirlər.


İnsan haqları müdafiəçiləri bütün həbs edilənləri siyasi məhbus hesab ediblər.

 
 
 

Comments


bottom of page