Həbsdə Olan Keçmiş Siyasi Mühacirin Səhhəti Pisləşir
- IHR
- Nov 13
- 1 min read

Almaniyadan deportasiya olunduqdan sonra Azərbaycanda həbs edilmiş fəal Samir Aşurovun səhhətinin pisləşdiyi bildirilir.
Bu barədə məlumatı fəalın həyat yoldaşı Nuranə Aşurova Meydan TV-yə verib.
Aşurova qeyd edib ki, Samir Aşurov şəkərli diabet xəstəsidir və nəfəs darlığından əziyyət çəkir. O deyir ki, müayinə üçün həbsxana rəhbərliyinə dəfələrlə müraciət etsələr də, cavab verilməyib.
"Bir neçə gündür müraciət edirəm ki, Samiri göndərin tibb məntəqəsinə müalicə olunsun. Sonra Samiri apardılar 'Tubzon'a ehtimal ki, ağciyər xəstəlikləri üzrə ixtisaslaşmış tibb müəssisəsi.
Onu orada 3 ay saxladılar. Amma lazımi müalicə edilmədi," – deyə Nuranə Aşurova bildirib. Siyasi mühacir Samir Aşurov 2022-ci il martın 29-da Almaniyadan deportasiya edilib, 20 gün sonra isə Bakıda polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsi bıçaqlamaqda ittiham olunub və həbs edilib. 2024-cü il iyulun 21-də Samir Aşurova qarşı silah tətbiq etməklə xuliqanlıq ittihamı da irəli sürülüb. 2023-cü ilin dekabrında məhkəmə onu 6,5 il müddətinə azadlıqdan məhrum edib. Nuranə Aşurova deyir ki, Samir Aşurov "Tubzon"dan 2 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi vaxtdan bəri nə baxış keçirilib, nə də müalicə olunub. "Samir soyuqdəymədən əziyyət çəkir, ciyərlərində ağrı var, amma müəssisənin həkimi onunla maraqlanmır. Artıq aylardır çalışırıq ki, Samir tibb məntəqəsinə yerləşdirilsin, lakin bütün səylərimiz nəticəsiz qalır," – deyə o əlavə edib.
.png)



Comments