Zabil Qəhrəmanov 3 Aylıq Həbs Edildi
- IHR
- Oct 25
- 1 min read

Yaxınlarının verdiyi məlumata görə, Gəncə Şəhər Məhkəməsi vəkil Zabil Qəhrəmanov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Qəhrəmanova qarşı Azərbaycan Cinayət Məcəlləsinin 221.2.2-ci (Hakimiyyət nümayəndəsinə və ya başqa şəxsə müqavimət göstərməklə törədilmiş xuliqanlıq) və 178.2.4-cü (Xeyli miqdarda zərər vurmaqla törədilmiş dələduzluq) maddələri ilə ittiham irəli sürülüb. Bu maddələr üzrə Qəhrəmanovu 7 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Vəkil ittihamları rədd edir.
Qəhrəmanov oktyabrın 23-də guya avtoyumada bir şəxsə bədən xəsarəti yetirdiyinə görə saxlanılıb.
Bundan əvvəl Qəhrəmanovun vəkillik fəaliyyəti dayandırılmışdı.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti bu qərarı oktyabrın 8-də guya Qəhrəmanovun "intizam pozuntularına" görə qəbul edib.
Yerli fəallar hesab edirlər ki, Qəhrəmanovun fəaliyyətinin dayandırılması onun Gəncə şəhərində polisin işi ilə bağlı sosial şəbəkələrdəki paylaşımları ilə əlaqədardır.
Qəhrəmanov bir sıra məşhur işlərdə, o cümlədən İlkin Süleymanovun (11 yaşlı Nərmin Quliyevanı qaçırıb qətlə yetirməkdə ittiham olunan) və Polad İsmayılovun (qətlə görə 11 il həbs cəzası almış, sonra dörd ildən sonra bəraət qazanmış) işlərində müdafiəçi qismində çıxış edib. O, həmçinin Sahib Məmmədzadənin, Şahin Hacıyevin və digər müxalifətçilərin maraqlarını təmsil edib.
.png)



Comments