top of page

Azərbayсan Jurnalisti Gürcüstanda Saxlanılıb

  • IHR
  • 14 hours ago
  • 1 min read
Gürcüstandan ekstradisiyasını Azərbaycan hakimiyyətinin tələb etdiyi jurnalist Əfqan Sadıqov Tbilisidə saxlanılıb.

Gürcüstandan ekstradisiyasını Azərbaycan hakimiyyətinin tələb etdiyi jurnalist Əfqan Sadıqov Tbilisidə saxlanılıb.

Həyat yoldaşı Sevinc Sadıqovanın verdiyi məlumata görə, Ə. Sadıqov oktyabrın 22-də əlaqəyə çıxmağı dayandırıb.

Xanımının sözlərinə görə, jurnalist oktyabrın 22-si axşam saatlarında Gürcüstan parlamenti qarşısındakı etiraz aksiyasına qatılmağı planlaşdırırdı. O, evdən çıxaraq, artıq təxminən 11 aydır hər axşam etirazçıların toplandığı Rustaveli prospektinə getmək istəyirdi və dərhal sonra onunla əlaqə kəsilib. Sadıqova ərinin təhlükəsizlik qüvvələri tərəfindən saxlanıldığını ehtimal edib.

"Sosial Ədalət Mərkəzi" hüquq-müdafiə təşkilatının nümayəndəsi Tamta Mikeladze daha sonra polisdən Əfqan Sadıqovun inzibati qaydada həbs edildiyi barədə təsdiq alıb. O qeyd edib ki, "patrul polisi onun saxlanılması faktını vəkillərə iki dəfə təsdiqləməyib" və hələ də Sadıqova hansı ittihamların verildiyini bildirməyib. Məlumdur ki, jurnalist getdiyi etiraz aksiyasında heç vaxt görünməyib – evdən çıxandan sonra, hətta tanış fəalların birlikdə Rustaveli prospektinə getmək üçün Sadıqovu gözlədiyi metroya belə çatmayıb, Mikeladze bildirib.

Bundan əvvəl, oktyabrın 17-də, Gürcüstanda fasiləsiz etirazların 324-cü günündə, jurnalist Əfqan Sadıqov Rustaveli prospektindəki aksiya zamanı Bidzina İvanişvili və Vladimir Putinin portretlərini yandırmışdı.

Ə. Sadıqov Azərbaycandan gələn ekstradisiya tələbi əsasında ilk dəfə 2024-cü ilin avqustunda Gürcüstanda saxlanılmışdı.

Fevralın 28-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (İHAM) işin mahiyyəti üzrə qərar çıxarılana qədər Gürcüstana Sadıqovu Azərbaycana verməyi qadağan etmişdi. Aprelin 16-da isə Tbilisi məhkəməsi İHAM-ın qərarını icra edərək Sadıqovu pul girovu müqabilində azad edib.

 
 
 

Comments


bottom of page