top of page

Həbsdə olan İmran Əliyevin səhhəti pisləşib

  • IHR
  • Oct 18
  • 1 min read
Həbsdə olan Meclis.info rəhbəri İmran Əliyevin səhhəti pisləşib. Şiddətli ağrılar, zorla məhkəməyə aparılma və sinir böhranı. Böyük ittihamlar nədir?
İmran Əliyev

Həbsdə saxlanılan Meclis.info onlayn platformasının rəhbəri İmran Əliyevin həbsdə olarkən yaranan bel və oynaq ağrıları güclənib. Bu barədə onun atası Bağır Əliyev məlumat verib.


“Uzun müddət həbsdə qalması, uzanan məhkəmə prosesi İmranın həm fiziki, həm də psixoloji vəziyyətinə mənfi təsir göstərir. Məhkəmə iclasları vaxtaşırı təxirə salınır. Sonuncu dəfə iclas oktyabrın 14-nə təyin edildiyi halda, bir gün əvvəl İmran’a dinləmələrin olmayacağı bildirilib. Lakin ertəsi gün, iclasa yarım saat qalmış onu məhkəməyə apardılar. İmran bədəninin ağrıdığını, gedə bilməyəcəyini söylədi. Amma ona ayaqqabılarını geyinməyə belə imkan verməyərək, birbaşa başmaqlarında zorla məhkəməyə apardılar. Bu, onu tamamilə özündən çıxardı, sinir böhranına səbəb oldu”, - deyə B. Əliyev bildirib.


O, növbəti məhkəmə iclasının noyabrın 4-nə təyin olunduğunu bildirib.


Meclis.info saytının rəhbəri İmran Əliyev 18 aprel 2024-cü il tarixində saxlanılıb. Ona qaçaqmalçılıq ittihamı irəli sürülüb. 7 mart 2025-ci ildə isə aktivist Elgiz Qəhrəmanın da Əliyevin işi üzrə təqsirləndirilən şəxs olduğu və polis nəzarətinə verildiyi məlum olub. İstintaqın nəticələrinə görə, Əliyev və Qəhrəman böyük həcmdə gəlir əldə etməklə qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, mütəşəkkil dəstə tərkibində qaçaqmalçılıq, vergidən yayınma, sənədlərin saxtalaşdırılması da daxil olmaqla, səkkiz cinayət maddəsi ilə ittiham olunurlar. Onları 12 ilədək həbs cəzası gözləyir.

 
 
 

Comments


bottom of page