Gürcüstanda ATƏT sədri etirazlara qatıldığına görə 1800 dollar cərimələnib
- IHR
- 21 hours ago
- 1 min read

Gürcüstan Daxili İşlər Nazirliyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) hazırkı sədri və Finlandiyanın xarici işlər naziri Elina Valtoseni 5 min lari (təxminən 1800 dollar) məbləğində cərimələyib. Bu barədə məlumat 16 Oktyabr 2025-ci il tarixində yayılıb.
Məlumatlara görə, Elina Valtonen oktyabrın 14-də Tbilisidə parlament binası qarşısında keçirilən etiraz aksiyasına qatılıb. Valtonen aksiyada “yolun hərəkət hissəsini bağladığına görə” inzibati qaydada cərimələnib. O, çıxışında bildirib ki, insanlar “öz ölkələrinin repressiv kursundan narahatdırlar” və "narazılıqlarını dinc şəkildə ifadə etmək tam haqlarına düşür". Valtonen daha sonra etiraz aksiyasında etirazçı kimi iştirak etmədiyini və sadəcə söz azadlığını dəstəklədiyini ifadə etmək üçün getdiyini bildirib.
Gürcüstan Xarici İşlər Nazirliyi bu hadisə ilə bağlı ATƏT Katibliyinə nota göndərib. Rəsmi bəyanatda qeyd olunur ki, Valtonen rəsmi səfər proqramından kənara çıxaraq “azsaylı, lakin qanunsuz şəkildə Tbilisinin əsas prospektini bağlayan fəallara” qoşulub və “həqiqətə uyğun olmayan bəyanat” səsləndirib. Hökumət elan edib ki, baş nazir İrakli Kobaxidze Valtonenlə nəzərdə tutulan görüşü onun etiraza qatılması səbəbindən ləğv edib. Lakin Elina Valtonen görüşün onun təşəbbüsü ilə “qrafik uyğunsuzluğu səbəbindən” təxirə salındığını bildirərək bu açıqlamanı təkzib edib.
Comments