Ramiz Mehdiyev Azərbaycan Təhlükəsizlik Şurasından çıxarıldı
- IHR
- Oct 18
- 1 min read

Azərbaycan Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ölkənin Təhlükəsizlik Şurasının üzvü vəzifəsindən azad edilib.
Bu barədə Azərbaycanın hakimiyyətyönlü KİV-ləri ölkə Prezidentinin dərc olunmamış fərmanına istinadən məlumat verib.
Oktyabrın 14-də Bakının Səbail Rayon Məhkəməsi, Dövlət Təhlükəsizliyi Xidmətinin ona qarşı açdığı cinayət işi ilə əlaqədar Ramiz Mehdiyev barəsində ev dustaqlığı qətimkan tədbiri seçib.
Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Azərbaycanın hakimiyyətyönlü KİV-lərinin məlumatına görə, Mehdiyev xarici qüvvələrin köməyi ilə dövlət çevrilişi hazırlayırmış və guya bu barədə məlumatı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Düşənbədəki görüşləri zamanı Prezident Əliyevə çatdırıb.
"Vesti Baku" nəşri isə ümumiyyətlə iddia edir ki, Mehdiyev Azərbaycan Prezidentinin qətlini planlaşdırıbmış.
"Prezident İlham Əliyevin uçduğu prezident təyyarəsi ilə bağlı 2024-cü ilin dekabr ayına planlaşdırılmış 'bədbəxt hadisə' - xaricdən Ukrayna dronlarının hücumuna bənzəyən bir hadisə nəzərdə tutulubmuş," - "Vesti Baku" yazır.
Lakin nəşrin məlumatına görə, "əməliyyat uğursuz olub". "'İcraçılar səhv ediblər: prezident təyyarəsi əvəzinə, 30 dəqiqə əvvəl eyni marşrutla gedən AZAL-a məxsus mülki təyyarə vurulub," - "Vesti Baku" bəyan edir.
Ramiz Mehdiyev, Azərbaycanın keçmiş kommunist liderlərindən biri, 1990-cı illərin ortalarında artıq müstəqil respublikada siyasətə qayıdıb.
O, 1995–2019-cu illərdə Azərbaycan Prezidentinin Administrasiyasının rəhbəri vəzifəsində çalışıb, 2019–2022-ci illərdə isə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti olub.
.png)



Comments