top of page

AİHM 5 Azərbaycanlı Fəalın İşləri Üzrə Qərarlarını Elan Etdi

AİHM 5 fəalın işini bağladı. Hökumət 2023-cü ildəki haqsız həbslərə görə pozuntuları tanıyıb, hər birinə €900 təzminat ödəyəcək.

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) 5 fəalın inzibati həbsləri ilə bağlı şikayətlərinin birləşdirildiyi "İlhamiz Quliyev və digərləri Azərbaycana qarşı" işi üzrə qərarını elan etdi.


Xüsusilə, bu iş üzrə ərizəçilər insan hüquqları müdafiəçisi İlhamiz Quliyev, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "İşçi Platforması" nın üzvü Möhyəddin Orucov, ictimai fəal Emin Axundov, və Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvləri Orxan Baxış, Ramid Nağıyev və Kənan Zeynalov idi.


Ərizəçilər 2023-cü ildə inzibati həbsləri zamanı onlara münasibətdə İnsan Hüquqları və Əsas Azadlıqlar haqqında Avropa Konvensiyasının 6-cı maddəsi ilə təmin edilən ədalətli məhkəmə hüququnun pozulmasından şikayət etmişdilər.


Şikayətlərin məzmunu oxşar olduğu üçün onlar bir qrupa birləşdirilmişdi.


Azərbaycan Hökuməti AİHM-ə fəalların hüquqlarının pozulmasını tanımağa hazır olduğunu və hər birinə mənəvi zərərin əvəzi olaraq €900, məhkəmə xərclərinin ödənilməsi üçün isə €225 ödəməyi nəzərdə tutan birtərəfli bəyannamələr təqdim etdi.


Təzminat məbləğləri AİHM-in Azərbaycandan olan işlər üzrə əvvəlki analoji qərarları əsasında hesablanmışdı və ərizəçilər tərəfindən etiraz edilməmişdir.


AİHM, Hökumətin birtərəfli bəyannamələrini və təklif olunan təzminatları "məqbul və kifayət edici" hesab etdi və buna görə də ərizələri əlavə yoxlamadan çıxardı.


Qeyd edək ki, beş ərizəçidən üçü – İlhamiz Quliyev, Möhyəddin Orucov və Kənan Zeynalov hazırda yenidən həbsdədir, lakin bu dəfə cinayət işləri üzrə.

 
 
 

Comments


bottom of page