top of page

Məhkəmə Həmkarlar İttifaqı Aktivistinin Vaxtından Əvvəl Azadlığa Buraxılması Tələbini Rədd Etdi

Həmkarlar ittifaqı aktivisti Ayxan İsrafilova cəzasının 2/3-ni çəkməsinə baxmayaraq, Bakı məhkəməsi tərəfindən ŞVAB (vaxtından əvvəl azadlıq) rədd edildi. Rədd cavabı intizam tənbehinə əsaslanıb. Həmkarları, narkotik ittihamı ilə verilən 3 illik hökmün saxta olduğunu və həmkarlar ittifaqı işinə görə qisas olduğunu bildirir. O, siyasi məhbus kimi tanınıb. Qərar və apellyasiya detalları.
Ayxan İsrafilov

Oktyabrın 3-də Bakı Nərimanov Rayon Məhkəməsi 10 saylı Cəzaçəkmə Müəssisəsində keçirilən səyyar iclasda, həmkarlar ittifaqı aktivisti Ayxan İsrafilovun cəza müddətinin üçdə iki hissəsini çəkməsi ilə əlaqədar verdiyi şərti vaxtından əvvəl azadlığa buraxılma (ŞVAB) barədə vəsatətinə baxıb.


Bu barədə İsrafilovun idarə heyətinin üzvü olduğu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının "İşçi masası" məlumat yayıb.


Aktivistə 2024-cü ildə cərimə təcridxanasında (karserdə) cəza çəkməsi bəhanəsi ilə azadlığa buraxılmaqdan imtina edilib.

Aktivist ona qarşı tətbiq edilən intizam cəzasının əsassız olduğunu bildirib.


İsrafilov məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.


Ayxan İsrafilov 11 avqust 2023-cü ildə saxlanılıb, daha sonra qanunsuz narkotik dövriyyəsi ittihamı ilə həbs olunub. Sonradan ona 3 il azadlıqdan məhrumetmə cəzası verilib. Həmkarları İsrafilovun işinin saxtalaşdırıldığını və həmkarlar ittifaqı fəaliyyətinə görə qisas olduğunu bildiriblər. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

 
 
 

Comments


bottom of page