Apellyasiya Məhkəməsi Heyvan Haqları Müdafiəçisi E. Mirzoyevin Həbsini Qüvvədə Saxladı
- IHR
- Oct 16
- 1 min read

Oktyabrın 15-də Şirvan Apellyasiya Məhkəməsində heyvan haqları müdafiəçisi Elxan Mirzoyevin 2 aylıq inzibati həbs cəzası ilə bağlı şikayətinə baxılıb.
Xatırladaq ki, oktyabrın 1-də heyvan haqları müdafiəçisi Elxan Mirzoyev Azərbaycanın Lerik rayonunun Günəşli kəndindəki evindən mülki geyimli şəxslər tərəfindən aparılıb. Yalnız oktyabrın 5-də ailə üzvləri Mirzoyevin taleyinə aydınlıq gətirə biliblər. Məlum olub ki, o, hələ oktyabrın 3-də Azərbaycanın Lerik Rayon Məhkəməsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə (Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı məqsədi olmadan qanunsuz dövriyyəsi) əsasən 2 ay müddətinə azadlıqdan məhrum edilib.
Yaxınlarının bildirdiyinə görə, Mirzoyev Apellyasiya Məhkəməsində narkotik istifadəsi ittihamını rədd edərək, ona qarşı inzibati işin saxtalaşdırıldığını bəyan edib.
Mirzoyev bildirib ki, o, cəmiyyətə faydalı olmağa çalışıb, meşələrin qırılmasına qarşı mübarizə aparıb, xəstə və evsiz heyvanlara qulluq edib, insanlara dövlət orqanlarına narahat edən problemlərlə bağlı şikayətlər yazmağa kömək edib.
Lakin məhkəmə müdafiə tərəfinin vəsatətlərini təmin etməyərək şikayəti rədd edib.
Mirzoyevin qohumları hesab edirlər ki, heyvan haqları müdafiəçisinin həbsi onun ictimai fəaliyyəti və onun əmisi oğlu, müxalif bloger Tural Sadıqlının hökuməti tənqid etməsi ilə əlaqədardır.
2021-ci ilin avqustunda Azərbaycanda Mirzoyev və daha iki heyvan haqları müdafiəçisi etiraz aksiyası keçirdikdən sonra, dişləri çıxarılmış meymun sahibinə irad bildirdikdən sonra 15 sutkalıq həbs ediliblər. Həmin şəxs heyvandan keçənlərlə foto çəkdirmək üçün istifadə edirdi.
.png)



Comments