top of page

Avropa İnsan Hüquqları Məhkəməsi hökumətdən Gültəkin Hacıbəylinin səs yazıları ilə bağlı izahat tələb edib.

  • IHR
  • Apr 29
  • 2 min read

Gültəkin HacıbəyliAvropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan hökumətinə Gültəkin Hacıbəylinin Bakıdakı xarici diplomatlarla danışıqlarının lentə alınması ilə bağlı suallar ünvanlayıb. Məhkəmə bu yazıların niyə televiziyada nümayiş etdirildiyini öyrənmək istəyir.


Keçmiş deputat Gültəkin Hacıbəyli bununla bağlı Avropa Məhkəməsinə şikayət edib. O, hüquqlarının pozulduğunu bildirib. Bu hüquqlara ədalətli məhkəmə araşdırması, şəxsi həyata hörmət, ifadə azadlığı və dövlət tərəfindən qeyri-bərabər rəftara məruz qalmamaq daxildir.


O qeyd edib ki, 8 oktyabr 2019-cu il tarixində restoranda bir təşkilatın nümayəndəsi ilə söhbəti gizli şəkildə qeydə alınıb. Oktyabrın 19-da isə onun səfirliklərdən birinin əməkdaşı ilə telefon danışığı yazılıb. Bu səs yazıları oktyabrın 20-də televiziyada yayımlanıb.


Hacıbəyli Baş Prokurorluğa müraciət edərək bu işi kimin törətdiyinin tapılmasını və məsuliyyətə cəlb olunmasını tələb edib. Lakin prokurorluq heç bir tədbir görməyib.


Baş Prokurorluq 6 dekabr 2019-cu il tarixində hadisədə cinayət tərkibinin olmadığını bildirib və cinayət işi başlanılmayıb. Gültəkin Hacıbəyliyə hətta bu qərarın surəti belə verilməyib.


O, Azərbaycan məhkəmələrinə şikayət etsə də, ona qulaq asan olmayıb. Məhkəmələr iddia ediblər ki, Baş Prokurorluq imtina qərarını şikayətə əlavə etməyib.


Beləliklə, Gültəkin Hacıbəyli Avropa Məhkəməsinə müraciət edib. O bildirib ki, dövlət orqanları onun danışıqlarını gizli dinləyib, qeydə alıb və jurnalist Mirşahin Ağayevə ötürüblər. O, bunun fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb.


Avropa Məhkəməsi hökumətə suallar göndərib. Onlar Gültəkin Hacıbəylinin məhkəməyə lazımi qaydada müraciət edə bilib-bilmədiyi, eləcə də şəxsi həyatına və danışıqlarına hörmət edilib-edilmədiyi ilə maraqlanırlar.


20 oktyabr 2019-cu il tarixində "Real TV" kanalı Gültəkin Hacıbəylinin danışıqlarının yazılarını nümayiş etdirib. Digər media qurumları da bu yazıları paylaşıblar. Sonradan "Real TV" həmin yazıları internetdən silib.


Verilişdə Mirşahin Ağayev ABŞ-ın Azərbaycanın daxili işlərinə qarışdığını iddia edib və Gültəkin Hacıbəylini "casus" adlandırıb. ABŞ səfirliyi bu ittihamların həqiqətəuyğun olmadığını bəyan edib.


Gültəkin Hacıbəyli diplomatla telefonda danışdığını və Avropa İttifaqından olan bir şəxslə restoranda görüşdüyünü bildirib. O hesab edir ki, telefonu gizli dinlənilib, rəsmilər onun görüşlərindən xəbərdar olub və oraya dinləmə cihazı yerləşdiriblər.


 
 
 

Comments


bottom of page