Həyat yoldaşı: "Samir Aşurovun ciyərləri ağrıyır, həkim yaxın durmur"
- IHR
- Nov 11
- 2 min read

Həbsdə olan siyasi fəal Samir Aşurovun həyat yoldaşı Nura Aşurova noyabrın 9-da öz "Facebook" səhifəsində ərinin səhhətinin pisləşdiyini və cəzaçəkmə müəssisəsində ona laqeyd münasibət göstərildiyini yazıb.
O bildirib ki, Aşurov əvvəlcə Ədliyyə Nazirliyinin İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə ("Tubzon") göndərilsə də, orada lazımi tibbi yardım almayıb.
""Tubzon"dan 2 saylı Cəzaçəkmə Müəssisəsinə gətirildiyi gündən bəri ona heç bir baxış və ya müalicə edilməyib. Samir deyir ki, soyuqlayıb, ciyərləri ağrıyır, lakin həkim ona yaxın durmur. Aylardır Samirin müəssisənin tibb məntəqəsinə yerləşdirilməsi üçün çalışırıq, amma bütün cəhdlərimiz boşa çıxır. O yazırdı ki, hamı bilir ki, 'sentrala' yalnız pullu məhbuslar yerləşdirilir, ona görə də Samiri nəzərə almırlar.
Aşurova bildirib ki, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə əlaqə saxlayıb və müraciətinin qeydə alındığı bildirilsə də, sonradan zənglərinə cavab verilməyib.
O qeyd edib: "Sizə məhbusun səhhəti ilə bağlı müraciətlərə tez baxılmalı olduğu bildirilsə də, mən Samirin səhhətindəki problemləri onun ilk həbs olunduğu gündən dilə gətirirəm. O xəstədir və müayinə, müalicə olunmalıdır. Bu, təkcə Samir Aşurova aid deyil, bütün məhbuslara aiddir. Lakin siz həkimə onlara rəy yazmamağı tapşırırsınız. 2 saylı Cəzaçəkmə Müəssisəsinin baş həkimi Səddam Samirin xəstəliyini bildiyi halda, onu qəbul edib rəy yazmır."
Penitensiar Xidmət bu bəyanatla bağlı şərh verməyib.
2023-cü il martın 29-da Almaniyadan deportasiya edilən Aşurov 20 gün sonra polis tərəfindən saxlanılıb. O, Elşən Nəbiyev adlı şəxsə bıçaqla xəsarət yetirməkdə ittiham olunub.
Ona əvvəlcə Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb. Daha sonra ona Cinayət Məcəlləsinin daha bir maddəsi - 221.3 (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə etməklə xuliqanlıq törətmək) ilə ittiham irəli sürülüb.
2023-cü il dekabrın 18-də Bakı Ağır Cinayətlər Məhkəməsi onu Cinayət Məcəlləsinin 126.2 (xuliqanlıq zəminində qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü maddələri ilə təqsirli bilərək 6 il 6 ay azadlıqdan məhrum edib.
Hüquq müdafiəçiləri Aşurovu siyasi məhbus kimi tanıyırlar. O, ittihamların uydurma olduğunu iddia edir.
Rəsmilər ölkədə siyasi məhbusların olmasını rədd edirlər. Onlar iddia edirlər ki, siyasi məhbus siyahılarına daxil edilənlər yalnız törətdikləri əməllərə görə təqib olunurlar.
Qeyd etmək lazımdır ki, son üç ildə Avropa ölkələrindən (əsasən Almaniyadan) Azərbaycana qayıdan (readmissiya edilən) ən azı beş nəfər narkotik və digər ittihamlarla həbs edilib. Onlar həbslərini mühacirətdə olarkən Azərbaycanla bağlı etiraz aksiyalarında
.png)



Comments