top of page

Jurnalist Polad Aslanova həbsdə ailə görüşü və telefon qadağası qoyulub

  • IHR
  • 1 day ago
  • 1 min read
Jurnalist Polad Aslanov
Jurnalist Polad Aslanov

Bakı İstintaq Təcridxanasında saxlanılan jurnalist Polad Aslanova ailəsi ilə görüşə icazə verilmir, onun telefon zəngi hüquqları da ciddi şəkildə məhdudlaşdırılıb. Bunu jurnalistin həyat yoldaşı Gülmirə Aslanova Meydan TV-yə açıqladı.


Onun sözlərinə görə, Polad Aslanov aprelin 15-də 15 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsindən Bakı İstintaq Təcridxanasına (BİT) köçürülüb. BİT rəisi Elnur İsmayılov əvvəlcə görüş verəcəyini bildirmiş, lakin sonradan onu ləğv edib. Ailə görüşə buraxılmayıb, hətta gətirdikləri sovqatı da qəbul etməyiblər.


Gülmirə Aslanova həmçinin bildirib ki, məhkumların həftədə iki dəfə 15 dəqiqə telefon danışığı hüququna malik olmasına baxmayaraq, Polad Aslanova bu hüquq praktiki olaraq tətbiq olunmur. Onun Ombudsman Aparatına və Penitensiar Xidmətə müraciətlərindən sonra yalnız bir dəfə dörd dəqiqə, bir dəfə isə beş dəqiqəlik zəng icazəsi verilib. Polad Aslanov 2019-cu ildə həbs edilib, dövlətə xəyanətdə ittiham olunur. 13 il azadlıqdan məhrum olan jurnalist ittihamları rədd edir.


 
 
 

Comments


bottom of page