Əli Kərimlinin qohumunun evində axtarış aparılıb
- IHR
- 2 days ago
- 1 min read

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) mətbuat xidmətinin məlumatına görə, dekabrın 4-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları Əli Kərimlinin həyat yoldaşının qardaşı Elnur Seyidovun evində axtarış aparıblar.
Axtarış başa çatdıqdan sonra təhlükəsizlik qüvvələri Seyidovun mobil telefonunu özləri ilə götürüblər.
Partiyanın press-relizində daha sonra qeyd edilib ki, "Elnur Seyidov siyasətlə məşğul olmamasına baxmayaraq, Əli Kərimlinin müxalifət liderliyinə görə artıq bir dəfə yalan ittihamla həbs olunub və məhkum edilib, o, əhəmiyyətli müddət həbsdə qalıb".
Noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları axtarışlardan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini və onun müşaviri, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıblar. Partiya bu həbsləri siyasi motivli adlandırıb və onları hakimiyyətin "Azərbaycanda sonuncu müstəqil siyasi qüvvəni məhv etmək" cəhdi kimi qiymətləndirib. Dekabrın 1-də məhkəmə hər ikisini 2,5 ay müddətinə həbs qətimkan tədbiri seçib.
.png)


Comments