Apellyasiya Məhkəməsi Əli Kərimlinin həbsdə qalması barədə qərarı qüvvədə saxladı
- IHR
- 2 days ago
- 1 min read

Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsi (BAM) Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimlinin həbsi ilə bağlı şikayəti təmin etməyib. Bu barədə təşkilat məlumat yayıb.
Mənbənin əlavə etdiyi məlumata görə, Kərimlinin məhkəmə prosesi ilə əlaqədar polis "gücləndirilmiş təhlükəsizlik tədbirləri" görüb.
"Əli Kərimlinin çoxsaylı tərəfdarları məhkəmə binasına gələrək ona dəstək ifadə etmək niyyətində idilər. Lakin polis insanlara nəinki məhkəmə binasının qarşısında, hətta BAM-dan 2-3 km məsafədə belə toplaşmağa icazə verməyib. BAM-dan "Elmlər Akademiyası" metro stansiyasına qədər bütün ərazi polis nəzarətinə alınıb. Tanınmış fəallar dərhal saxlanılıb", - partiya nümayəndəsi bildirib.
O əlavə edib ki, dəqiqləşdirilməmiş məlumatlara görə, ümumilikdə 10-a yaxın şəxs saxlanılıb.
Noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları axtarışlardan sonra Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlini və onun müşaviri, AXCP Rəyasət Heyətinin üzvü Məmməd İbrahimi saxlayıblar. Onlara qarşı hakimiyyəti zorla ələ keçirməyə yönəlmiş hərəkətlər etməkdə ittiham irəli sürülüb. Partiya həbsləri siyasi motivli adlandırıb və bunu hakimiyyətin "Azərbaycanda son müstəqil siyasi qüvvəni məhv etmək" cəhdi kimi qiymətləndirib. Dekabrın 1-də məhkəmə hər iki şəxs barəsində 2,5 aylıq həbs qətimkan tədbiri seçib.
.png)

Comments